
Sənaye tullantılarının utilizasiyası
Müəssisələrin tullantısını qaydalara uyğun toplayır, emal və utilizasiya edirik.

İstehsal və ticarət müəssisələri üçün tullantının toplanması, daşınması və utilizasiyasını təşkil edirik.
Tullantının növü və həcmi qiymətləndirilir, ona uyğun daşınma və emal üsulu seçilir.
- Müqavilə əsasında xidmət
- Tullantı növünə uyğun emal
- Müntəzəm götürmə
- Təkrar emala yönləndirmə
“Tullantı problem deyil — düzgün idarə olunanda resursdur. Bizim işimiz onu şəhərdən götürüb doğru yerə çatdırmaqdır.”
— GreenCity2020
İş prosesimiz
Hər sifariş eyni ardıcıllıqla icra olunur: müraciət, götürmə və daşınma, çeşidləmə və utilizasiya. Bu, işin vaxtında və qaydalara uyğun görülməsini təmin edir.
- Addım01
Müraciət
Tullantının növünü, həcmini və ünvanı bildirirsiniz.
- Addım02
Götürmə və daşınma
Razılaşdırılmış vaxtda yükləyib daşıyırıq.
- Addım03
Utilizasiya
Növünə uyğun emal və utilizasiya edirik.
Tez-tez verilən suallar
Hansı növ tullantıları qəbul edirsiniz?
Məişət, tikinti, sənaye, elektron və digər tullantı növlərini daşıyır və utilizasiya edirik. Konkret tullantı üçün bizə yazın — uyğun həlli deyək.
Sifarişi necə verə bilərəm?
Əlaqə formasını doldurun və ya zəng edin. Komandamız sizinlə əlaqə saxlayıb vaxtı və detalları razılaşdıracaq.
Yükləməni kim edir?
Yükləmə komandamız tərəfindən aparılır. Böyük həcmli tullantı üçün uyğun texnika gətirilir.
Müəssisələrlə işləyirsinizmi?
Bəli, müəssisələr üçün müntəzəm götürmə qrafiki qururuq. Detallar üçün bizimlə əlaqə saxlayın.